Formula 1 Avstriya Qran-prisi ilə müqavilə müddətini daha 3 il müddətinə yeniləyib. Sport24.a xəbər verir ki, hazırkı müqaviləyə əsasən, əməkdaşlıq 2027-ci ilə qədər davam etməli idi.

Yeni sözləşmə əsasında Şpilberqdəki yarış ən azı 2030-cu ilə qədər təşkil olunacaq.

Formula 1 rəhbəri Stefano Domenikali yeni müqavilə haqda bunları söyləyib: “Bu xəbəri avstriyalı həmkarlarıma verdiyimə görə çox xoşbəxtəm. Mərhum Ditrix Mateşitsin bu idman növünə bağlılılığı yolumuzu açdı. Bu, Mateşitsə olan hörmətimizin xüsusi təcəssümüdür. Pilotlar və azarkeşlər Avstriyadakı yarışı sevir. Burda yenidən növbəti çıxışları gözləyirik”.

Xatırladaq ki, 11 illik fasilədən sonra Formula 1 üzrə Avstriya Qran-prisi 2014-cü ildən yenidən təqvimə əlavə edilib.