"Red Bull" "Formula-1" tarixinin ən bahalı reklam müqaviləsinə imza atıb. Sport24.az xəbər verir ki, "Castore" idman brendi ilə bağlanılmış razılaşmanın dəyəri illik 200 milyon dollardır.
Bu barədə Avstriya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Müqavilənin detallarına görə, "Castore" yalnız komandanın əsas sürücüləri Maks Ferstappen və Serxio Peresi deyil, "Red Bull" akademiyasının üzvləri və qadın pilotları da idman geyimləri ilə təmin edəcək.
Qeyd edək ki, "Red Bull" soz 3 mövsümdə dünya çempionu tituluna yiyələnib.