Çempionlar Liqasının  son qalibi PSJ texniki sponsoru "Nike" ilə müqaviləsini uzadacaq. Sport24.az xəbər verir ki, bu barədə "Get Football News Franse" portalı məlumat yayıb.

 

Tərəflər arasında mövcud müqavilə 2032-ci ildə başa çatır. Lakin klub prezidenti Nasser Əl-Xelayfi parislilərin ötən il Çempionlar Liqasında ilk qələbəsindən sonra yeni şərtlər tələb edib.

 

PSJ hazırda "Nike" ilə müqavilə çərçivəsində ildə 60 milyon avro qazanır. Müqavilənin uzadılmasından sonra gəliri ildə 100 milyon avroya qədər artacaq.

 

Qeyd edək ki, parislilər 1989-cu ildən Amerika brendi ilə əməkdaşlıq edirlər. Hər iki tərəf uzunmüddətli perspektivdə tərəfdaşlığı davam etdirmək niyyətindədir.