"Yuventus"un hücumçusu Conatan Devid adı açıqlanmayan Türkiyə klubunun sərfəli təklifini rədd edib. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial media hesabında paylaşım edib.
Kanadalı futbolçunun "Yuventus"la müqaviləsi 2030-cu ilə qədərdir. O, mövsümdə 2 milyon bonus və 6 milyon avro maaş alır.
Bir müddət əvvəl mətbuatda "Lion"un Devidi icarəyə götürmək istədiyi ilə bağlı xəbərlər yayılmışdı.
Futbolçu ötən yay "Lill"dən ayrılaraq azad agent statusu ilə Turin klubuna qoşulub. Ancaq kanadalı futbolçu Fransada olduğu kimi "Yuventus"da məhsuldarlıq nümayiş etdirə bilmir. O, ötən mövsüm bütün turnirlərdə 46 oyun keçirib, səkkiz qol və beş məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Conatan DÇ-2026-da Kanada millisinin heyətində 3 qol vurub.