Bilbao "Atletik"inin və İspaniya yığmasının hücumçusu Niko Uilyams DÇ-2026-nın yarımfinalı çərçivəsində baş tutacaq Fransa ilə oyundan əvvəl rəqibin ən çox qol vuran oyunçusu Kilian Mbappe haqqında fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, o, bu barədə RNE telekanalına açıqlamasında danışıb:

 

"Kilian möhtəşəmdir. O, həmçinin çox tənqid olunur, təzyiq altında olur. Hamı görür ki, Kilian dünyanın ən yaxşı oyunçularından biridir. Amma dünyanın ən yaxşı oyunçusu bizdədi - Lamin Yamal".

 

Fransa millisinin və "Real"ın hücumçusu hazırda davam edən dünya çempionatında 8 qol vurub və bombardirlik yarışında argentinalı Lionel Messi ilə birinci yeri bölüşür.

 

Qeyd edək ki, Fransa - İspaniya matçı iyulun 14-də ABŞ-ın Arlington şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.