Formula 1-in baş direktoru Stefano Domenikali Avstriyanın “Red Bull” komandası ilə ABŞ-ın “Ford” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanan mərasimdə “itkin düşüb”. Sport24.az xəbər verir ki, mərasimin sonlarında tədbirin aparıcısı çıxış etmək üçün sözü Domenikaliyə vermək qərarına gəlib.

Amma salonda Stefanonu görən olmayıb. Məsələ ondadır ki, Formula 1-in rəhbəri həmin məkanda olub.

Sosial şəbəkələrdə Domenikalinin Nyu-Yorka gəldiyi və FOX telekanalının studiyasında “Ford”un rəhbəri Billi Fordla görüşdüyü ilə bağlı şəkillər yayılıb. Onun nə üçün qəfil “yoxa çıxması” ilə bağlı heç bir məlumat yoxdu.