"Formula 1" yarışlarının yeni böyük sponsoru olacaq. Sport24.az xəbər verir ki, LVMH brendi ilə 10 illik müqavilə imzalanıb.
2025-ci ildən "Louis Vuitton", "Moet Hennessy" və "TAG Heuer" kimi məşhur brendlər avtomobil yarışının tərəfdaşı olacaq. Bunlardan "Moet Hennessy" Las-Veqas, "TAG Heuer" isə Monako Qran-prilərinə sponsorluq edib.
Qeyd edək ki, bundan sonra sürücülər podiumda qələbəni "FERRARİ" yox, "Moet Hennessy" şampanı ilə qeyd edəcək. Yarışın xronometrajı isə "Rolex"dən "TAG Heuer"ə keçəcək.