Formula 1 UNİCEF-lə əməkdaşlıq müqaviləsi imzalayıb. Sport24.az xəbər verir ki, müqavilə 3 il müddətində qüvvədə olacaq.

Əməkdaşlığın reallaşmasında məqsəd Formula 1-in də müdafiəsiz uşaqlara yardım etmək və onların keyfiyyətli inkişafıdır. Bundan əlavə Formula 1 UNİCEF-in dünya miqyaslı insani yardımlarını da dəstəkləyəcək və kömək edəcək. 3 il ərzində təxmini olaraq 6.5 milyon müdafiəsiz uşağa yardım ediləcəyi bildirilir. Bununla da Formula 1-in dəstəyi ilə yardım proqramının daha 19 ölkəyə şamil ediləcəyi bildirilir.