Formula-1'-də çıxış edən 3 komanda 2022-ci ildə potensial alıcılardan və investorlardan ciddi təkliflər alsalar da, bundan imtina ediblər. Sport24.az xəbər verir ki, bu məlumatı öz səhifəsində ''Auto Motor and Sport'' nəşrinin jurnalisti Tobi Qryunyer paylaşıb.

O, komandaların adlarını çəkməyib. Amma vurğulayıb ki, onların hər birinə görə ən azı 1 milyard avro təklif olunmuşdu.

Yeri gəlmişkən, bu gün 'Formula-1-də çıxış edən ''Alpin''in aksiyalarının 24 faizinin satıldığı məlum olub. 2021-də ''Reno'' ilə birləşən ''Alpin'' bu satışın qarşılığında 200 milyon avro qazanıb. Fransızlara sərmayə qoyanlara gəlincə, bu, ''Otro Capital'', ''Redbird Capital Partners'' və ''Maximum Effort Investments'' şirkətləridi. Sonuncu şirkətin sahibi məhşur niderlandlı aktyor Rayan Reynoldsdu.

Qeyd olunur ki, bu sövdələşmənin ardından ''Alpin''in dəyəri 900 milyon dollara qədər yüksəlib. ''Alpin'' bu mövsüm 9 yarışdan sonra konstruktorlar birinciliyində 44 xalla 5-ci pillədə qərarlaşıb.