Formula 1 rəhbərliyi xərc limiti ilə bağlı məsələyə yenidən baxa bilər. Sport24.az xəbər verir ki, Avropa mətbuatının əldə etdiyi informasiyaya görə, nizamnamədə yeni bazaların tikintisi və aerodinamik boruların yenilənməsi ilə bağlı müəyyən güzəştlər qeyd olunub.

Komandaların son iclasında “Uilyams” komandasının rəhbəri Ceyms Vaulz bu məsələni qabardıb. Onun fikrincə, inkişafdan qalan komandalar üçün texnologiyanın inkişafı ilə bağlı imkanlar yaradılmalıdır. Vaulz “Uilyams”a gəlkdikdən sonra favoritlərdə olan özəlliklərin öz komandasında görmədiyini bildirib. Onun sözlərinə görə, bu yenilikləri etməyəcəkləri halda, ciddi məqsədlərə nail olmayacaqlar. Vaulzun təklifini 6 komanda dəstəkləyəcəyi halda, bəzi komandalara 2024-cü ildən xərc limitini artırmağa icazə verəcəklər. 8 komanda buna dəstək çıxsa, artıq limit bu ildən artırılacaq.