Formula 1 üzrə 4 qat dünya çempionu Sebastyan Fettel FİA-nı tənqid edib. Sport24.az xəbər verir ki, keçən mövsüm karyerasını başa vuran pilot Beynəlxalq Avtomobil Federasiyasının pilotlara siyasi fikir bildirməyə qadağa qoymasını doğru qərar saymır: “Əlbəttə, hər şey sənə verilən sualdan asılıdır. Amma mənə elə gəlir ki, bəzi məsələlərə görə sənin də öz fikrin olmalıdır. Son vaxtlar görürük ki, çoxları öz fikrini sərbəst şəkildə ifadə edir. Belə olan təqdirdə nə üçün susmağa üstünlük verək ki? O ki qaldı mənim nə etməyimə, artıq pilotlarıln arasında deyiləm. Buna görə də siyasi məsələdə istənilən suala cavab verməyə hazıram”. 

Xatırladaq ki, son vaxtlar “Mersedes” pilotu Lüis Hemilton müntəzəm olaraq siyasi fikirlər səsləndirirdi. Nəticədə narazılıqların yarandığını görən FİA pilotlara siyasi çağırışı etmək və ya belə məsələlərə münasibət bildirməyə qadağa qoydu.