Formula 1 üzrə mövsümün 9-cu Qran-prisi başa çatıb. Sport24.az xəbər ki, Avstriyanın Şpilberq məntəqəsində keçirilən yarışda növbəti dəfə “Red Bull” pilotu Maks Festappen uğur qazanıb.
Niderlandlı pilot 71 dövrəni 1 saat 25 dəqiqə 33 saniyəyə qət edərək bu mövsüm 7-ci, ümumilikdə isə 42-ci qələbəsinə sevinib. Bununla yanaşı, “Red Bull” pilotu ardıcıl 10-cu dəfə bir yarışda qalib gəlməklə diqqət mərkəzinə düşdü. Növbəti yarışda da bu komandadan kimsə finiş xəttini birinci keçsə, “Red Bulll” “Maklaren”in əfsanəvi rekordunu təkrarlayacaq.
Derstappendən 5,1 saniyə geridə qalan “Ferrari” pilotu Şarl Lekler 2-ci yeri tutub. Bununla da, “Ferrari” Formula 1 tarixində 800-cü dəfə fəxri kürsü sevincini yaşayıb. 3-cü pilləni isə digər “Red Bull” pilotu Serxio Peres tutub. Meksikalı pilotu Maksan 17,1 saniyə geridə qalıb.
Şəxsi birinciliyə gəlincə, Ferstappen 229 xalla liderliyini davam etdirir. Mühəndislər Kubokunda da “Red Bull” 377 xalla birinci yerdədir.
Növbəti yarış həftəsonu Böyük Britaniyada keçiriləcək.