Böyük Britaniyanı təmsil edən “Uilyams”, “Maklaren” və “Aston Martin”dən sonra İtaliyanın əsas komandası “Ferrari” də yeni bolidini ictimaiyyətə təqdim edib. Sport24.az xəbər verir ki, yeni yarış avtomobili “SF23” indeksini daşıyacaq.
Ötən mövsüm Mühəndislər Kubokunda 2-ci yeri tutan Skuderiya komandasında yenə də Monte Karlodan olan Şarl Leklerlə ispaniyalı Karlos Sayns mübarizə aparacaq. Buna baxmayaraq, “Ferrari”də rəhbər dəyişikliyi həyata keçib. Mattia Binottonun istefasından sonra “Alfa Romeo”dan ayrılan Frederik Vasser bu komandaya rəhbərlik edəcək.