Formula 1-də mübarizə aparan “Red Bull”ub rəhbəri Kristian Horner Maks Ferstappenlə Lüis Hemiltonun eyni komandada mübarizə aparması ideyasına münasibət bildirib. Sport24.az xəbər verir ki, Avstriya komandasının funksioneri onları bir yerdə cəmləşdirmək fikrində olmadıqlarını söyləyib: “Yaxın keçmişdə belə bir ideyamız olmayıb. Bu iki pilotun məvacibini ödəmək üçün gərək bütöv zavodu sataq. Məlum məsələdir ki, Lüis əla pilotdu. Ümid edirəm ki, o, hələ uzun illər Formula 1-də mübarizə aparacaq. Hərçənd, tarixə boylanmalı olsaq, onun “Red Bull”a keçid perspektivləri ilə bağlı müzakirələr aparılıb. Amma son vaxtlar belə variantı istisna etmişik. Məsələn, 2010-13-ci illər aralığında Lüislə bu haqda danışmışıq. Sadəcə, həmin vaxt komandamızda Fettel kimi pilot olduğundan buna ehtiyac duymamışıq”.