“Alfa Tauri” rəhbəri Frants Tost son vaxtlar mətbuatda komandanın satışı ilə bağlı yayımlanan xəbərlərə münasibət bildirib. Sport24.az xəbər verir ki, o, bütün deyilənləri şayiə adlandırıb: “Red Bull” şirkətinin korporativ layihələr və investisiyalar şirkətinin rəhbəri Oliver Mintslaffla görüşlər keçirmişəm. O, “Alfa Tauri”nin satılmayacağını söylədi. “Red Bull” komandamıza gələcəkdə də dəstəyi davam etdirəcək. Bütün bu deyilənlər şayiədən başqa bir şey deyil. Artıq həftəsonu yeni mövsüm start götürür. İndi ancaq nəticələrimizi daha da yaxşılaşdırmaq haqda fikirləşirik”.

Xatırladaq ki, bur müddət əvvəl “Alfa Tauri”nin səhmlərinə sahib çıxmaq üçün “Andretti” və “Haytek” komandalarının FİA-ya müraciət etməsi ilə bağlı xəbərlər yayılmışdı.