ABŞ-ın Nyu Cersi ştatının Atlantik Siti şəhər şurası Formula 1 Qran-prisi təşkil etmək üçün yeni trassın tikintisinə razılıq verib. Sport24.az xəbər verir ki, şəhərin meri Marti Smoll yeni layihənin sənədinə imza atıb.
Yeni trassın minimum 6, maksimum isə 9 il ərzində istifadəyə veriləcəyi gözlənilir. Bayder parkında inşa olunacaq avtodromun inşasına isə 3 milyard dollar xərclənəcək.
Qeyd edək ki, 2011-ci ildən Nyu Cersidə Formula 1 yarışının keçirilməsi üçün layihə təklif olunmuşdu. Amma 2013-cü ildə şəhər rəhbərliyi ondan imtina etmişdi. Formula 1-in ABŞ şirkəti olan “Liberty Media” şirkətinin nəzarəti altına keçməsindən sonra Nyu Cersi variantı yenidən gündəmə gəldi.
Xatırladaq ki, Formula 1-in təqvimində ABŞ-da keçirilən Mayami, Ostin və Las Veqas Qran-priləri yer alıb.