Xorvatiyalı Zlatko Daliç Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) millisinin yeni baş məşqçisi təyin olunub. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

 

Bir müddət əvvəl 59 yaşlı mütəxəssisin ildə 5 milyon maaşla BƏƏ klublarından birini çalışdıracağı bildirilirdi.

 

Daliç iyulda 2017-ci ildən çalışdığı Xorvatiya millisindən ayrılıb. Komanda onun rəhbərliyi altında DÇ-2018-in finalına çıxıb, DÇ-2022-də bürünc medal qazanıb. DÇ-2026-da isə xorvatlar 1/16 finalda mübarizəni dayandırıb. 

 

Qeyd edək ki, BƏƏ millisinin əvvəlki baş məşqçisi isə Kosmin Oleroyu mayda postundan ayrılıb və "Əl-Cəzirə"nin "sükanı arxasına" keçib.