"Real"ın baş məşqçisi Xabi Alonso istefaya göndəriləcəyi ilə bağlı şayiələrə cavab verib. Sport24.az xəbər verir ki, o, bununla bağlı "Madrid Universal" açıqlama verib:
"Klub rəhbərliyinin açıq şəkildə məni dəstəklədiyini açıqlamağa ehtiyacım yoxdur. Rəhbərliklə hər gün əlaqə saxlayıram və bu kifayətdir. İstefa şayiələri məni narahat etmir. Mən yalnız məşqlərdə və oyunlarda baş verənlərlə maraqlanıram. Qalan hər şey əhəmiyyətsizdir. Hazırda komandada heç kim mövcud vəziyyətdən razı deyil, amma əminəm ki, irəliləyiş əldə edəcəyik".
Qeyd edək ki, son günlər mətbuatda "Real"ın bəzi futbolçularının baş məşqçidən narazılıq etdiyi xəbəri yayılıb. Bu üzdən düşərgədə ab-havanın pozulduğu bildirilir.