Leonardo Bonuççi futbolçu karyerasının böyük hissəsini keçirdiyi "Yuventus"a qayıtmaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat paylaşıb.

 

38 yaşlı veteran futbolçu klubun akademiyasında çalışa və ya əsas komandanın məşqçilər korpusunun üzvü ola bilər. Onun "Yuventus"la bu istiqamətdə danışıqlara başladığı bildirilib.

 

Qeyd edək ki, Bonuççi 2023-cü ildə "Yuventus"dan ayrılıb və bir il sonra futbolçu karyerasını başa vurub. O, hazırda İtaliyanın gənclər yığmasında köməkçi məşqçi kimi fəaliyyət göstərir.