"Qalatasaray"ın hücumçusu Mauro İkardi həyat yoldaşı Vanda Nara ilə ayrılıb. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, bunun fonunda Vanda Maurodan 38,5 milyon avro tələb etmək istəyir.
O, hesab edir ki, futbolçu onun sayəsində uğurlu karyera qura bilib, bu müddət ərzində milyonlar qazanıb və buna görə də, "ədalətli pay" tələb edir.
Qeyd edək ki, Nara əvvəllər uzun müddət İkardinin agenti olub və onun maraqlarını təmsil edib.