"Valensiya" baş məşqçisi Cennaro Qattuzonu istefaya göndərib.

Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İtaliyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qattuzo ilə yolların ayrılmasına "yarasalar"ın cari mövsümdə uğursuz çıxış etməsi səbəb olub. Komanda hazırda La Liqada 20 xalla 16-cı pillədə qərarlaşıb.

Xatırladaq ki, Qattuzo ötən ilin iyununda "Valensiya"nın sükanı arxasına keçmişdi. O, daha öncə “Napoli” və “Milan”ı da çalışdırıb.