“Roma”nın müdafiəçisi Matias Vinya karyerasını İngiltərədə davam etdirəcək.

Sport24.az xəbər verir ki, futbolçu “Bornmut”la müqavilə imzalayıb.

İcarə əsasında Premyer Liqa təmsilçisinə keçən uruqvaylının klubla müqaviləsi cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Vinya bu mövsüm “Roma”nın heyətində 7 oyuna çıxıb.