UEFA rəhbərliyi Canni İnfantinonun iddia edilən sevgilisinə ödənişlərlə bağlı açıqlamalardan sonra onun təşkilatda işlədiyi 16 il müddətlə bağlı araşdırma aparmağı nəzərdən keçirir. Sport24.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, bu yaxınlarda aşkarlanan hallar UEFA-nın qərargahında ciddi narahatlığa səbəb olub. Qurumun yüksək vəzifəli şəxsləri İnfantinonun vəzifədə olduğu müddətlə bağlı tam araşdırmanın zəruri olduğunu düşünürlər. 

 

Qeyd edək ki, "The Telegraph" qəzeti bir müddət əvvəl İnfantino UEFA-da işlədəyi dönəmdə birgə çalışdığı sevgilisinin nəzərdə tutulmayan xərclərini qarşıdaığı barədə xəbər paylaşmışdı.