"Polymarket" portalı 2026/27 mövsümü üçün UEFA Çempionlar Liqasının favorutlərini açıqlayıb. Sport24.az xəbər verir ki, müxtəlif hadisələrin ehtimallarını qiymətləndirməkdə ixtisaslaşmış platformaya görə, Avropanın ən mötəbər klub turnirində üç komanda favoritdir: PSJ, "Real" və "Bavariya".

 

İspaniya, Fransa və Almaniya nəhənginin Çempionlar Liqasını qazanmaq ehtimalı 14 faizdir. Növbəti yerdə şansı 13 faiz dəyərləndirilən "Mançester Siti" qərarlaşıb. 

 

Qeyd edək ki, UEFA Çempionlar Liqasının son qalibi PSJ olub. yeni mövsümün həlledici qarşılaşması 2027-ci ilin iyunun 5-də Madriddəki "Metropolitano" stadionunda keçiriləcək.