Anatoli Nuriyevin formasını geyindiyi "Kişvarda "Macarıstan çempionatında üçüncü turun matçını keçirib. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin üzvünün yeni komandası doğma meydanda "Uypeşt" klubunu qəbul edib.
Matç qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Nuriyev matçın 77-ci dəqiqəsində hesab 1-2 olarkən meydana daxil olub.
Qeyd edək ki, aktivində 4 xalı olan "Kişvarda" 6-cı pillədə yer alıb.