"İnter Mayami" "Santos"un hücumçusu Neymarın transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "LIBERTA DEPRE" portalı Braziliya millisinin keçmiş yarımmüdafiəçisi Felipe Meloya istinadən məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, 34 yaşlı braziliyalı futbolçunun 2027-ci ilin yanvarında "İnter Mayami"yə keçidi real görünür. 

 

Qeyd edək ki, Neymar 2026-cı il mövsümündə meydana çıxdığı 19 matçda 8 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun "Santos"la müqaviləsi bu ilin dekabrın 31-də başa çatır.