2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək U-20 dünya çempionatının 10 iştirakçısı artıq bəllidir. Sport24.az xəbər verir ki, Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyasının (CONCACAF) U-20 çempionatının nəticələrinə əsasən daha dörd komanda mundiala vəsiqə qazanıb.
Belə ki, turnirin yarımfinalçıları olan ABŞ, Kanada, Meksika və Kosta Rika U-20 dünya çempionatında iştirak hüququ əldə ediblər.
Beləliklə, Azərbaycan və Özbəkistanla yanaşı, İspaniya, Almaniya, Xorvatiya, Ukrayna, ABŞ, Kanada, Meksika və Kosta Rika yığmaları da mundialda mübarizə aparacaq.
Qeyd edək ki, 2027-ci ildə keçiriləcək U-20 dünya çempionatında ümumilikdə 24 komanda iştirak edəcək.