Ötən mövsüm "Araz-Naxçıvan"ın formasını geyinən Ramon Maçadonun yeni klubu müəyyənləşib. Sport24.az xəbər verir ki, braziliyalı forvard Malayziyanın "Star Siti" komandası ilə anlaşıb. 

 

Maçado iki ildən sonra yenidən Malayziya Super Liqasına qayıdıb.

 

Qeyd edək ki, Ramon Maçado Azərbaycanda Naxçıvan təmsilçisi ilə yanaşı, "Neftçi", "Qəbələ", "Sabah"ın da şərəfini qoruyub.