"Midlsbro" "Mançester Yunayted"in qapıçısı Radek Viteklə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Mətbuatda yayılan xəbərlərə görə, 22 yaşlı çexiyalı qolkiperin transfer qiyməti 7 milyon funt sterlinq olub. Bundan başqa 7 milyon funt sterlinq də bonus şəklində ödəniləcək.
Qeyd edək ki, Vitek "Mançester Yunayted"in yetirməsidir. O, ötən mövsümü icarə əsasında "Bristol Siti"də keçirib.