Avropa çempionatına hazırlığını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda iki yoxlama oyunu keçirib. Sport24.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, Faiq Qarayevin yetirmələri ölkədə təlim-məşq toplanışında olan Latviya millisi ilə qarşılaşıb.

 

Hər iki oyunda Azərbaycan millisi qələbə (3:2, 3:0) qazanıb. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutmuş bu qarşılaşmaları AVF rəhbərliyi də izləyib.

 

Qeyd edək ki, C qrupunda yer alan millimiz Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq. Bu qrupun oyunları avqustun 21-28-də Milli Gimnastika Arenasında keçiriləcək.