İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel 2026-cı il dünya çempionatının yarımfinalında Argentina ilə oyun öncəsi Lionel Messini dayandırmaq üçün hazırladıqları plan barədə danışıb. Sport24.az xəbər verir ki, almaniyalı mütəxəssis komandasının analiz qrupunun Argentina kapitanının oyununu ətraflı araşdırdığını bildirib:

"Messinin harada top almaq istədiyini hamı bilir. Onun oyunlarını təhlil edərkən müəyyən nümunələr aşkar etmişik. Amma həmin nümunəni bağlasanız, o, dərhal yenisini tapır. O, hər zaman fərq yarada bilən futbolçudur", - deyə Tuxel vurğulayıb.

Baş məşqçi 39 yaşlı ulduzun Argentina millisindəki rolunu da yüksək qiymətləndirib:

"Bu komandaya rəhbərlik etməsi inanılmazdır. Söz tapmaq çətindir. Messi topu qəbul edən kimi hücum başlayır. Ona topun çatdırılması ən yüksək səviyyədə təşkil olunur. Biz öz oyun üslubumuzu diktə etməyə çalışacağıq, amma bizi nə qədər çətin sınağın gözlədiyini də yaxşı bilirik".

Qeyd edək ki, İngiltərə ilə Argentina arasında dünya çempionatının yarımfinal oyunu iyulun 16-da keçiriləcək. Messi karyerasında ilk dəfə İngiltərə millisinə qarşı rəsmi oyuna çıxacaq.