Yurgen Klopp Almaniya millisinin yeni baş məşqçisi olub. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, 59 yaşlı mütəxəssis milli komandaya rəhbərlik etməyə razılıq verib. Uzunmüddətli müqavilənin təfərrüatları, eləcə də Kloppun "Red Bull" sistemindən ayrılma şərtləri hələ də müzakirə olunur. Lakin onun Almaniya milli komandasına təyinatı ilə bağlı qərar verilib.
"Red Bull" Kloppun əvəzləyicisi kimi Oliver Qlasneri nəzərdən keçirsə də, avstriyalı mütəxəssis "Nottingem Forest"lə müqavilə imzalayıb.
Qeyd edək ki, Klopp əvvəllər "Liverpul", "Borussiya" və "Mains" komandalarını çalışdırıb. O, Almaniya millisinin "sükanı arxasında" DÇ-2026-da yığma ilə uğursuzluğa düçar Julian Nagelsmannı əvəz edəcək.