"Milan" Luka Modriçlə müqaviləni uzatmağa yaxındır. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, "qırmızı-qaralar" 39 yaşlı xorvatiyalıya yeni müqavilə təklif edib. Yarımmüdafiəçinin özü də İtaliya təmsilçisində daha bir mövsüm keçirmək istəyir.
Hazırda müqavilənin uzadılması üçün yalnız Modriçin son təsdiqi tələb olunur. O isə DÇ-2026-dan sonra istirahətdədir. Modriçin iyulun 26-da komandaya qoşulacağı və komanda ilə mövsümöncəsi məşqlərə başlayacağı gözlənilir.