"Latsio" müdafiəçi Danilo Duçi ilə müqavilə imzalayıb. Anlaşmanın müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Sport24.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. 

 

28 yaşlı niderlandlı futbolçu "qartallar"a azad agent kimi qoşulub. Onun əvvəlki klubu 2022-ci ildən formasını geyindiyi "Union Berlin" olub.

 

Duçu karyerası ərzində "Vitess" və "Jong Ayaks" komandalarında da oynayıb.

 

Qeyd edək ki, müdafiəçi 2025/26 mövsümündə 37 matçda 7 qol vurub və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı onun transfer dəyərini 13 milyon avro qiymətləndirir.