"Mingəçevir" yeni mövsüm öncəsi baş məşqçi məsələsini həll etməyə yaxındır. Sport24.az-ın əldə etdiyi məlumata görə, I Liqa təmsilçisi hazırda boş olan postu Röyal Nəcəfova həvalə etməyi planlaşdırır.
Hazırda tərəflər arasında danışıqlar yekun mərhələdədir və yaxın günlərdə məsələyə aydınlıq gələcəyi gözlənilir.
Qeyd edək ki, ötən mövsüm "Nur şəhəri"nin təmsilçisinin baş məşqçisi Ramiz Məmmədov idi. Məmmədov yeni "futbol ili"ndə "Karvan-Yevlax"ı çalışdıracaq.