"İnter" "Tottenhem"in müdafiəçisi Ced Spensi "rənglərinə bağlamaq" üçün danışıqlara başlayıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabriso Romano məlumat yayıb.
Mənbənin sözlörinə görə, "Tottenhem" "İnter"in gözlədiyindən daha çox transfer pulu istəsə də, İtaliya təmsilçisi müdafiənin sağ cinahını gücləndirməkdə israrlıdır. Müdafiəçi özü də "İnter"ə keçmək istədiyini bildirib.
Spens keçən mövsüm London klubunun heyətində bütün turnirlərdə 44 oyuna çıxıb.
Qeyd edək ki, Ced Spens İngiltərə millisinin üzvüdür və DÇ-2026-da 5 oyun keçirib.