"Araz-Naxçıvan"ın yeni transferi Mohamed Maranın klubda qazanacağı məvacib bəlli olub. Sport24.az xəbər verir ki, bu barədə Afrika mətbuatı məlumat yayıb.

İddiaya əsasən, 30 yaşlı hücumçu Naxçıvan təmsilçisində aylıq 18 min avro, yəni təxminən 35 min manat maaş alacaq.

"Araz-Naxçıvan" ötən gün Mohamed Maranın transferini rəsmən açıqlayıb. Klub təcrübəli forvardla 1 illik müqavilə imzalandığını, sözləşmədə daha bir il uzadılma bəndinin də yer aldığını bildirib.

Qeyd edək ki, Mohamed Mara müxtəlif illərdə Fransanın "Loryan", "Paris", "Thonon Evian", "Martiques", "Stad Brioşan", "Hyeres 83", eləcə də Taylandın "Ratçaburi", "Kançanaburi" klublarında çıxış edib.