"Kəpəz" daha bir sabiq futbolçusunu yenidən heyətinə qatmağa çalışıb. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi belaruslu müdafiəçi Yeqor Xvalkonun transferi üçün hərəkətə keçib.

Lakin hazırda Qazaxıstanın "Atırau" klubunda çıxış edən 29 yaşlı futbolçu bu təklifə müsbət yanaşmayıb. Buna səbəb "Kəpəz"in təklif etdiyi maliyyə şərtlərinin Xvalkonu qane etməməsi olub.

Bundan başqa, belaruslu futbolçunun "Atırau" ilə müqaviləsi bu ilin sonunadək qüvvədədir ki, bu da transferin reallaşmasını daha da çətinləşdirir.

Qeyd edək ki, Yeqor Xvalko 2022-ci ildən 2025-ci ilin yayına qədər "Kəpəz"in formasını geyinib və komandanın aparıcı oyunçularından biri olub.