"Mançester Yunayted" "Roma"nın yarımmüdafiəçisi Manu Kone ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.

 

Bir müddət əvvəl "Arsenal"ın fransız futbolçu ilə maraqlandığı və onun agentləri ilə ilkin danışıq apardığı bildirilirdi.

 

Ötən mövsüm Manu Kone "Roma"nın heyətində bütün turnirlərdə 37 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədərdir.

 

Kone 2026-cı il dünya çempionatında Fransa millisində beş oyun keçirib.

 

Qeyd edək ki, "Mançester Yunayted" bu həftə artıq iki yarımmüdafiəçi ilə müqavilə imzalayıb. "Aston Villa"dan Yuri Tilemans və "Çelsi"dən Andrey Santos yeni mövsümdə "qırmızı şeytanlar"ın formasını geyinəcək.