"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen karyerasını Niderlandda davam etdirəcək. Sport24.az xəbər verir ki, təcrübəli qolkiperin "Ayaks"a keçidi ilə bağlı bütün razılaşmalar əldə olunub. Amsterdam təmsilçisi alman qapıçını icarə əsasında heyətinə qatacaq.
Bu barədə insayder Fabrisio Romano "X" sosial şəbəkə hesabında paylaşım edib.
Məlumata görə, "Barselona" transferə rəsmi razılıq verib və ter Ştegen növbəti mövsüm "Ayaks"ın əsas layihəsinin vacib fiqurlarından biri olacaq.
Qeyd edək ki, "Ayaks" daha əvvəl Markos Leonardonu transfer etmişdi. Klub hazırda Mərakeş millisinin yarımmüdafiəçisi Azzəddin Ounahinin keçidi üçün də danışıqları davam etdirir.