"Bavariya" müdafiəçisi Kim Min Jeni bu yay satmaq barədə fikrini dəyişib. Sport24.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.
Münhen klubu əvvəlcə 29 yaşlı koreyalı ilə bu yay yollarını ayırmağı planlaşdırırdı. Lakin indi onu saxlamaq və növbəti mövsüm üçün planlarına daxil etmək qərarına gəliblər.
Oyunçunun özü də Almaniya klubundan ayrılmaq istəmirdi.
Qeyd edək ki, Kim Min Je 2023-cü ildən "Bavariya"da oynayır. Onun müqaviləsi 2028-ci ilin yayına qədərdir.