"Arsenal" yay transfer pəncərəsində hücumçusu Qabriel Jezusla yollarını ayırmağa hazırlaşır. Sport24.az "Talksport"a istinadən xəbər verir ki, London klubu braziliyalı futbolçu üçün təxminən 20 milyon funt sterlinqlik təklifləri dəyərləndirməyə hazırdır.

29 yaşlı forvardın müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq. Rəhbərlik onun komandadan azad agent kimi ayrılmasının qarşısını almaq üçün bu yay satışını məqsədəuyğun hesab edir.

2022-ci ildə "Mançester Siti"dən 45 milyon funt sterlinq qarşılığında transfer olunan Jezus son mövsümlərdə zədələr səbəbindən sabit çıxış edə bilməyib. O, ötən mövsüm Premyer Liqada cəmi 14 oyunda iştirak edib, 6 qol vurub və hazırda Viktor Gyökereşlə Kai Havertzdən sonra hücum xəttində üçüncü seçim sayılır.