"Sabah"ın sayəsində Azərbaycanın UEFA reytinqində əmsalı bir qədər də artıb. Sport24.az xəbər verir ki, "bayquşlar" ötən gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda Uels təmsilçisi TNS 2:1 hesabı ilə mğlub edib.

 

Bu qələbə sayəsində son ölkə çempionu Azərbaycana əlavə olaraq 0,250 əmsal qazandırıb.

 

bununla da Azərbaycanın cari mövsümdə əldə etdiyi əmsal 1,000 olub. Hazırda aktivində 19,562 əmsal olan Azərbaycan reutinqdə 26-cı pillədə qərarlaşıb. 27-ci yerdə Bolqarıstan (18,312), 25-ci mövqedə İsrail (20,750) yer alıb.

 

Qeyd edək ki, UEFA reytinqində zirvədə İngiltərə (101,852) qərarlaşıb.