"Şirvan" yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir. Sport24.az xəbər verir ki, bölgə təmsilçisi qapıçı Əmrah Buludu heyətinə qatıb.
Futbolçu ilə bir illik müqavilə imzalanıb.
Əmrahın son klubu "Karvan-Yevlax" olub.
"Şirvan" yeni mövsümdə Azərbaycan II Liqasında mübarizə aparacaq.