İstanbul Cümhuriyyət Baş Prokurorluğunun futbolda qanunsuz mərc fəaliyyətləri ilə bağlı apardığı istintaq çərçivəsində bu səhər genişmiqyaslı əməliyyat keçirilib. Sport24.az xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.

 

Əməliyyat zamanı bir sıra futbolçuların və bəzi klub rəhbərləri polis tərəfindən saxlanıldığı bildirilir.

 

Onların sırasında tanınmış futbol şərhçisi Ahmet Çakar da var. O, tibbi müayinədən keçirilmək üçün xəstəxanaya gətirilib.

 

Qeyd edək ki, saxlanılan şəxslərlə bağlı hüquqi proses davam etdirilir.