Gələn ilin mart və aprel aylarında beynəlxalq oyunlar pəncərəsi çərçivəsində Bakıda keçiriləcək "FIFA Series" turnirində millimizə rəqib olacaq 2 yığmanın adı müəyyənləşib. Sport24.az xəbər verir ki, paytaxtımıza gələcək komandalardan biri Asiya, digəri isə Afrika qitəsini təmsil edir.

 

Daha bir komandanın isə Karib dənizi hövzəsindən olacağı gözlənilir.

 

Ayxan Abbasovun baş məşqçisi olduğu millinin martda Oman və Syerra-Leone olacağı dəqiqləşib.

 

Qeyd edək ki, kişilər arasında "FIFA Series" turniri glən ilin yazında Avstraliya, Azərbaycan, İndoneziya, Qazaxıstan, Mavriki, Puerto-Riko, Ruanda və Özbəkistanda keçiriləcək.

 

P.S. Son anda əldə etdiyimiz məlumata görə, üçüncü rəqib Sent-Luis millisi olacaq