"Qırmızı vərəqə səbəbindən bir müddətdən sonra, yenidən yaşıl meydanlara qayıtdığım üçün, çox sevincliyəm". Bu sözləri Sport24.az-a açıqlamasında II Liqanın XI turunda öz meydanında "Şirvan"ı 5:1 hesabı ilə darmadağın edən "Xankəndi"nin kapitanı Əziz Hüseynov deyib.

Təcrübəli futbolçu komandasının çempionluq şanslarını dəyərləndirib:

"Bizim üçün vacib olan qarşılaşmada, böyükhesablı qələbə qazanmağımız, bu sevinci ikiqat artırır. Sözün düzünü desək, bir az həyacan da var idi. Amma futbolun gözəlliyi də, elə bundadır. Həyacan olmasa, futbolun bir marağı da olmaz.
Növbəti oyunumuza gəlincə, bizi çox çətin matç gözləyir. "Quba" üzərində bu il həm kubokda, həm də çempionatda 2 dəfə qələbə qazanmağımıza baxmayaraq, oyuna xüsusi motivasiya ilə hazırlaşırıq. Bölgə təmsilçilərinə qarşı səfərdə keçirilən görüşlər çox gərgin keçir. Yerli azarkeşlərin çılığın dəstəyi isə qarşılaşmanı daha maraqlı və baxımlı edir. Qubaya bir gün öncədən yollanacayıq və İbrahim Uzunca başda olmaqla, məşqçilər korpusunun hazırladığı xüsusi planla hazırlaşacayıq. Məqsədimiz çempionluqdur və buna görə də, bütün rəqiblərlə oyuna, yalnız qələbə üçün çıxırıq".

 

Qeyd edək ki, 11 turdan sonra aktivində 30 xal olan "Xankəndi" tutnir cədvəlinin zirvəsində qərarlaşıb.