Bu gün "Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Benfika"(Portuqaliya) ilə cavab oyununa çıxacaq. Sport24.az xəbər verir ki, görüş Portuqaliyanın paytaxtı Lissabondakı "Pavilyao Fidelidade" idman salonunda baş tutacaq.

 

Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

 

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk qarşılaşma Naxçıvan təmsilçisinin 0:9 hesablı məğlubiyyəti ilə yekunlaşıb.