"Arsenal"ın keçmiş baş məşqçisi Arsen Venger qarşıdan gələn dünya çempionatı üçün əsas favoritlərinin adını aşıqlayıb. Sport24.az xəbər verir ki, bu barədə "The Independent" qəzetinin jurnalisti Migel Delaney sosial media hesabında paylaşım edib.

 

Vengerin sözlərinə görə, Fransanın turniri qazanmaq üçün ən yaxşı şansı var:

 

"Mümkün qədər obyektiv olmağa çalışıram, amma Fransa bir səbəbdən əsas favoritdir. Onların digər millilərlə müqayisədə daha çox dünya səviyyəli hücumçusu var. Və bu, çox vacib olacaq".

 

Qeyd edək ki, son dünya çempionu Argentina millisidr.