Hugo Loris "Los Angeles"lə müqaviləsinin müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2018-ci ildə Fransa millisi ilə dünya çempionu olan qolkiper 2026-cı ilin sonuna qədər ABŞ klubunun "çərçivəsini "qoruyacaq".
Müqavilədə tərəflər arasında razılıq əldə olunacağı təqdirdə sözləməni daha 1 illik uzatmaqla bağlı bənd də yer alıb.
Qeyd edək ki, 39 yaşlı qapıçı 2024-cü ilin yanvarından MLS klubunda çıxış edir. Bu mövsüm "Los Angeles" pley-off mərhələsinin 1/4 finalına vəsiqə qazanıb.